Bank Of Baku

Müsavat Partiyasının bir qrup üzvü piket keçirməyə cəhd göstərib

Müsavat Partiyasının bir qrup üzvü piket keçirməyə cəhd göstərib
# 01 avqust 2008 09:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Müsavat Partiyasının bir qrup fəalı Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında razılaşdırılmamış piket keçirməyə cəhd göstərib. APA-nın məlumatına görə, aksiyadan əvvəl ərazi Səbayel rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Partiya fəalları “Azad seçki” şüarı ilə bir neçə dəfə BŞİH-nin binasına doğru yaxınlaşmağa cəhd göstərmək istəsələr də, buna nail ola bilməyiblər. Polis onların bütün cəhdlərinin qarşısını alıb. Polislə qarşıdurma zamanı 13 aksiya iştirakçısı saxlanılaraq 39-cu polis bölməsinə aparılıb. Piket beynəlxalq təşkilatların və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri tərəfindən izlənilib. Aksiya sərbəst toplaşmaq azadlığının təmin edilməsi və prezident seçkiləri öncəsi demokratik şəraitin yaradılması tələbi ilə təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR