Bank Of Baku

Polis tərəfindən saxlanılan müsavatçılar sərbəst buraxılıblar

Polis tərəfindən saxlanılan müsavatçılar sərbəst buraxılıblar
# 01 avqust 2008 12:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyasının bu gün keçirdiyi piketdə polis tərəfindən saxlanılan şəxslər sərbəst buraxılıblar. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, partiya fəalları 39 saylı polis bölməsinə aparılıblar. Aksiyadan dərhal sonra Müsavatçı millət vəkili Arzu Səmədbəyli polis bölməsinə gəlib, vəziyyətlə maraqlanıb. İştirakçılar onlara qarşı hər hansı zorakılığın olmadığını bildiriblər. Polis bölməsində piket iştirakçılarından izahat alınıb və onlara xəbərdarlıq edilib.
Qeyd edək ki, Müsavat Partiyasının bir qrup fəalı bu gün Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığının bərpası və demokratik seçki şəraitinin yaradılması tələbi ilə aksiya keçirməyə cəhd göstəriblər. Aksiyada 13 iştirakçı saxlanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR