Bank Of Baku

Sonuncu parlament seçkilərində iştirak etmiş seçki bloku prezident seçkiləri ilə əlaqədar fəaliyyətini bərpa edir

Sonuncu parlament seçkilərində iştirak etmiş seçki bloku prezident seçkiləri ilə əlaqədar fəaliyyətini bərpa edir
# 01 avqust 2008 13:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Sonuncu parlament seçkilərində iştirak etmiş “İslahatçı” seçki bloku builki prezident seçkilərində fəaliyyətini bərpa edəcək. Bu barədə APA-ya blokda təmsil olunan Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə məlumat verib. Onun sözlərinə görə, blok 2005-ci ildə 4 partiya – DADP, Respublikaçılar, Azad Respublikaçılar və Demokratik Maarifçilik partiyaları tərəfindən yaradılıb: “Blokun fəallığını bərpa etmək, əhatə dairəsini genişləndirmək üçün müzakirələr başlayıb. Milli Dövlətçilik, Mübarizlər partiyalarının, həmçinin bir neçə müxalifət partiyasının bu bloka qoşulması gözlənilir”. M. Əlizadə blokun İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR