Bank Of Baku

BAXCP və BQP MSK-da Müsavat üçün saxlanılan yerin onlara verilməsi üçün Milli Məclisə müraciət edəcək

BAXCP və BQP MSK-da Müsavat üçün saxlanılan yerin onlara verilməsi üçün Milli Məclisə müraciət edəcək
# 01 avqust 2008 15:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi və Böyük Quruluş partiyaları Mərkəzi Seçki Komissiyasının (MSK) tam formalaşdırılması ilə bağlı Milli Məclisə müraciət edəcəklər. Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu APA-ya açıqlamasında bildirib ki, MSK-nın hazırkı fəaliyyəti tam qanuni deyil. Qurumun tam formalaşmadığını və azlıq təşkil edən partiyaların mövqeyini tam əks etdirmədiyini deyən F. Qəzənfəroğlu Müsavata saxlanılan yerin digər partiyalara verilməsini vacib sayır: “Müsavat iştirak etmirsə, bu o demək deyil ki, azlığın hüquqları pozulmalıdır”. Partiya sədri MSK-nın tam formalaşmayacağı halda, qurumun fəaliyyətinin şübhə altında qalacağını vurğulayıb.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə bildirib ki, artıq sözügedən müraciət partiya tərəfindən hazırlanıb və bu günlərdə Milli Məclisə göndəriləcək: “Əslində, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq MSK-nın tərkibi xeyli əvvəldən formalaşmalı idi. Amma bəlli olmayan səbəblərə görə bu günə qədər qurum tam formalaşmayıb”. E. Mirzəbəylinin fikrincə, seçki komissiyalarının tərkibinin tam formalaşmaması MSK-da nümayəndəsi olmayan və seçkilərdə iştirak edəcək partiyaların fəaliyyətində problem yarada bilər.
Hər iki partiya müraciətində seçki komissiyalarının tərkibinin tam formalaşmasını və öz nümayəndələrinin bu prosesdə iştirakını xahiş edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR