Bank Of Baku

Müsavat Məclisində qalmaqal olub, bir qrup şəxs zaldan çıxarılıb

Müsavat Məclisində qalmaqal olub, bir qrup şəxs zaldan çıxarılıb
# 02 avqust 2008 11:23 (UTC +04:00)
APA-nın məlumatına görə, Məclisin üzvü olmayan 30-a qədər partiya fəalı iclas keçirildiyi zalda əvvəldən əyləşiblər. Bu şəxslər seçkidə iştirakın tərəfdarı olan Məclis üzvlərinin çıxışlarını alqışlayıblar. Həmin şəxslər seçkidə iştirakın əleyhdarlarının çıxışına imkan verməyiblər, səs-küylə çıxışları kəsiblər.

Bu isə partiya başqanı İsa Qəmbəri əsəbiləşdirib.

Məclis sədri Sülhəddin Əkbərin təklifi ilə Məclisin üzvü olmayan partiya fəallarının zaldan çıxarılması ilə bağlı qərar qəbul edilib və həmin şəxslər salondan çıxarılıblar. Hazırda Müsavat Partiyasının daha çox boykot əhvalına köklənmiş məclisi davam edir.

Jurnalistlər Məclisin işini izləyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR