Bank Of Baku

QAT: Metyu Brayza son bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır

QAT: Metyu Brayza son bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır
# 02 avqust 2008 11:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ dövlət katibi müavinin köməkçisi, ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayzanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair açıqlaması ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bəyanatda Minsk qrupunun amerikalı həmsədrinin Moskva görüşü zamanı verdiyi açıqlama ermənipərəst mövqe kimi dəyərləndirilib: “Metyu Brayza danışıqlarda Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi və Dağlıq Qarabağın statusu ilə bağlı səsvermənin keçirilməsi kimi məsələlərin müzakirə olunduğunu bildirib. Qarabağ Azadlıq Təşkilatının dəfələrlə bildirdiyi kimi, bu plan və müzakirələr Dağlıq Qarabağın həmişəlik Ermənistana verilməsinə yönəlib. Brayza bu bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Azərbaycan Minsk qrupu çərçivəsində aparılan danışıqlardan imtina etməlidir. Bundan başqa, ABŞ-ın Azərbaycandakı səfirliyi də Metyu Brayzanın növbəti absurd açıqlamasına aydınlıq gətirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR