Bank Of Baku

Klassik Xalq Cəbhəsi Partiyası prezident seçkisində iştirak etməyəcək

Klassik Xalq Cəbhəsi Partiyası prezident seçkisində iştirak etməyəcək
# 02 avqust 2008 12:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sessiyası keçirilib. APA-nın məlumatına görə, qapalı keçirilən sessiyada partiyanın seçkidə iştirakı müzakirə olunub. KXCP sədrinin müavini Bəybala Əbil APA-ya bildirib ki, toplantıda partiyanın seçkidə iştirakının əhəmiyyətsiz olması vurğulanıb, Məclis bunu əsas gətirərək KXCP-nin bu ilin oktyabrında keçiriləcək prezident seçkisində iştirak etməməsi ilə bağlı qərar qəbul edib. Yığıncaqda qərarla bağlı beynəlxalq təşkilatlara və Azərbaycan xalqına müraciət də qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR