Bank Of Baku

MSK sədri Məzahir Pənahov MDB Müşahidə Missiyasının təmsilçiləri ilə görüşüb

MSK sədri Məzahir Pənahov MDB Müşahidə Missiyasının təmsilçiləri ilə görüşüb
# 19 avqust 2008 14:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyasının Bakıda səfərdə olan təmsilçiləri Yevgeni Sloboda və İosif Sidroviçlə görüşüb. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə müşahidə missiyasının təmsilçiləri ölkədə seçkiqabağı şəraitlə maraqlanıblar.

Onlar prezident seçkilərinin MDB müşahidə missiyası tərəfindən geniş heyətdə izlənəcəyini, bir çox bölgələrdə müşahidə aparılacağını qeyd ediblər. Sentyabrın ortalarından Azərbaycana gələcək missiya həm seçki ərəfəsi prosesləri, həm də səsvermənin gedişini izləyəcək. Sonda hesabat hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR