Bank Of Baku

“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşi müəllim” müsabiqələrinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşi müəllim” müsabiqələrinin qalibləri mükafatlandırılıb
# 19 avqust 2008 17:15 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev 2007/2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında
sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qalib məktəblərin hər biri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb. Ümumilikdə, Azərbaycan üzrə 50 məktəb mükafata layiq görülüb.

Prezidentin digər sərəncamı ilə 2007/2008-ci tədris ilində keçirilmiş “Ən yaxşi müəllim” müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Azərbaycan üzrə ümumilikdə 100 müəllimin hər birinə müsabiqədə müvəffəqiyyət qazandığına görə 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR