Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
# 20 avqust 2008 07:34 (UTC +04:00)
Dağlıq Qarabağ – APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 19-da saat 14.20-dən 14.30-dək və avqustun 20-də saat 05.50-dən 06.00-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.20-dən 22.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, avqustun 20-də saat 06.20-dən 06.45-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR