Bank Of Baku

Azərbaycan İslam Partiyası “Əbu Bəkr” məscidində partlayış törədilməsini pisləyib

Azərbaycan İslam Partiyası “Əbu Bəkr” məscidində partlayış törədilməsini pisləyib
# 20 avqust 2008 11:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyası (AİP) avqustun 17-də “Əbu Bəkr” məscidində baş verən partlayışla bağlı bəyanat yayıb. AİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda baş verən hadisə pislənilir, partlayışı törədənlərin yaxın vaxtlarda cəzalandırılacağına ümid ifadə olunur: “Güman edirik ki, bu terror aksiyası xarici dövlətlərin təxribat idarələri tərəfindən bəzi daxili icraçıların əli ilə törədilib. Məqsəd ölkədəki ictimai-siyasi sabitliyi pozmaq, müsəlmanlar arasında nifaq yaratmaq, İslamı təcavüzkar və terrorçu din kimi göstərərək Azərbaycanın inkişafının qabağını almaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR