Bank Of Baku

Eldar Namazov: “Müxalifətin ümumi koalisiyasının yaradılması ilə bağlı ilkin nəticələr bu həftə məlum olacaq”

Eldar Namazov: “Müxalifətin ümumi koalisiyasının yaradılması ilə bağlı ilkin nəticələr bu həftə məlum olacaq”
# 20 avqust 2008 11:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bu həftənin sonuna kimi müxalifətin ümumi koalisiyasının yaradılması ilə bağlı ilkin nəticələr məlum olacaq”. Bu açıqlamanı APA-ya “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov verib. Onun sözlərinə görə, prezident seçkilərində iştirak etməyən partiyalar arasında danışıqlar intensivləşib, koalisiyanın yaranması ilə bağlı artıq müəyyən razılıqlar var.

E. Namazov danışıqların ayrı-ayrı partiyalar arasında ikitərəfli formatda aparıldığını bildirib: “Hələlik ümumi toplantı olmayıb. İkitərəfli danışıqlarda isə müəyyən qərarlar qəbul etmək üçün imkanlar yaranıb və bəlli olur ki, bir sıra məsələdə mövqelər üst-üstə düşür”.

Koalisiyanın yaranacağı halda “dördlər” formatının fəaliyyətini dayandırmayacağını qeyd edən E. Namazov bildirib ki, bu format çərçivəsində bundan sonra atılacaq addımlar müəyyənləşəcək. ““Dördlər”in prezident seçkiləri ilə bağlı mövqeyi yekdildir. Bu hər hansı bir qurum deyil, sadəcə məsləhətləşmə mərkəzidir. Bu məsləhətləşmələr yenə də davam etdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR