Bank Of Baku

ASDP-nin X qurultayı bu ilin sentyabrında keçiriləcək

ASDP-nin X qurultayı bu ilin sentyabrında keçiriləcək
# 20 avqust 2008 11:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) X qurultayının bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulub. ASDP həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, qurultayda təşkilatı məsələlərə baxılacaq, yeni rəhbərlik formalaşdırılacaq.

A. Əlizadə prezident seçkisi ilə bağlı məsələnin qurultayın gündəliyinə salınmayacağını da qeyd edib. Onun sözlərinə görə, partiya bu məsələ ilə əlaqədar öz mövqeyinə artıq aydınlıq gətirib.

Qeyd edək ki, ASDP 1991-ci ildə yaradılıb. İlk illərdə quruma Araz və Zərdüşt Əlizadə qardaşları həmsədrlik ediblər. 2001-ci ildə Zərdüşt Əlizadə ASDP-dən uzaqlaşıb. Partiyanın sonuncu qurultayı 2003-cü il avqustun 27-də keçirilib. Həmin qurultayda partiyaya Ayaz Mütəllibov və Araz Əlizadə həmsədr seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR