Bank Of Baku

Azərbaycanda daha iki nəfərin prezidentliyə namizədliyi təsdiqlənib

Azərbaycanda daha iki nəfərin prezidentliyə namizədliyi təsdiqlənib
# 20 avqust 2008 13:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən şəxslərin sayı 16 nəfərə çatıb. APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülmüş şair Ağaevli Əli İsa və işsiz Arif Əliyevin namizədliyi təsdiqlənib. İclasda vətəndaşlığı olmayan şəxslərin səsvermədə iştirakı haqda Təlimat və seçkilərlə bağlı bildirişlərin paylanması haqda Təlimata dəyişiklik edilib. Həmçinin, 38 saylı Gəncə, 114 saylı Şəki kənd, 55 saylı Qusar, 62 saylı Saatlı, 86 saylı İsmayıllı, 119 saylı Ağdam şəhər, 100 saylı Şəmkir-Daşkəsən seçki dairələrinin Dairə Seçki Komissiyalarının tərkibinə dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR