Bank Of Baku

İsa Qəmbər Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

İsa Qəmbər Fransanın Azərbaycandakı səfiri ilə görüşüb
# 20 avqust 2008 14:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün Fransanın Azərbaycandakı səfiri Qabriel Kallerlə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın prezident seçkilərində iştirakdan imtinası haqda müzakirələr aparılıb. Həmçinin bir sıra regional proseslər, Gürcüstanda baş verən hadisələr, Cənubi Qafqazın Avro-Atlantik məkana inteqrasiyası perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR