Bank Of Baku

Azərbaycanda prezidentliyə namizədlərin pulsuz təbliğatını aparacaq KİV-lərin siyahısı müəyyənləşib

Azərbaycanda prezidentliyə namizədlərin pulsuz təbliğatını aparacaq KİV-lərin siyahısı müəyyənləşib
# 20 avqust 2008 16:29 (UTC +04:00)
MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, seçkiqabağı təbliğat, təşviqat kampaniyası üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan” , “Xalq qəzeti”, “Respublika” və «Bakinski raboçiy” qəzetlərində pulsuz yer ayrılmalıdır.

MSK-nın ölkə KİV-nə etdiyi müraciətdə bildirilir ki, adıçəkilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün efir vaxtı ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə MSK-ya müvafiq bildirişlər göndərməlidir. KİV orqanları efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barədə məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 35 gün keçənədək dərc etməlidir.

Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR