Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
# 21 avqust 2008 07:34 (UTC +04:00)
Dağlıq Qarabağ – APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 20-də saat 23.30-dan 23.45-dək və avqustun 21-də saat 00.10-dan 00.40-dək fasilələrlə Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Nerkin Karmiraxpür kəndi və İcevan rayonunun Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz, Ağstafa rayonları və Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 22.25-dən 22.45-dək və 03.05-dən 03.20-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.55-dən avqustun 21-də saat 00.10-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.30-dan 00.50-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.00-dan 03.15-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 01.30-dan 02.10-dək Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR