Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyası Venesiya Komissiyası və İFES-lə birlikdə treninq keçirib

Azərbaycan Mərkəzi Seçki Komissiyası Venesiya Komissiyası və İFES-lə birlikdə treninq keçirib
# 21 avqust 2008 08:41 (UTC +04:00)
APA-nın məlumatına görə, treninqdə çıxış edən MSK sədri Məzahir Pənahov vətəndaşların seçki prosesi ilə bağlı istənilən mövzuda müraciət etmək hüququnun olduğunu deyib. Onun sözlərinə görə, vətəndaşların bütün müraciətləri seçki komissiyaları tərəfindən şəffaf və ədalətli araşdırılmalı və bu müraciətlərə qanunla müəyyən olunmuş müddətdə cavab verilməlidir. ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Aleksis Şahtaxtinski bildirib ki, Azərbaycanda şikayət və müraciətlərə baxılması məsələsinə təmsil etdiyi təşkilat ciddi yanaşır: “Azərbaycanda keçirilən sonuncu parlament seçkilərindən sonra ATƏT-in hazırladığı hesabatda bir sıra tövsiyələr irəli sürülmüşdü ki, bunların sırasında şikayət və müraciətlərə baxılması qaydalarının təkmilləşdirilməsi vardı. O zaman hesabatda bu sahədə kifayət qədər iş görülmədiyi öz əksini tapmışdı. İndi qanunda təkmilləşmə baş verib və ən əsası odur ki, bu təcrübədə tətbiq olunsun”. Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov seçki prosesinin əsas məqamlarından birinin məhz səsvermənin keçirilməsi olduğunu qeyd edib. Onun sözlərinə görə, ümumilikdə seçki prosesi dövründə şikayətlərə qanunauyğun baxılması da xüsusi əhəmiyyət kəsb edir. VK təmsilçisi seçki müddətində edilən hər şikayətə diqqətlə yanaşılmasını vacib sayıb. Tədbirdə çıxış edən İFES-in mütəxəssisi Conatan Bernşteyn, AŞ-nın baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Treninqdə şikayətlər və müraciətlər prosesi ilə tanışlıqdan sonra məruzələr başlayıb. Tədbir sabah başa çatacaq. Qeyd edək ki, treninqdə 125 seçki dairəsindən 65-nin nümayəndəsi iştirak edir. Digər DSK-lar üçün analoji treninq isə avqustun 25-26-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR