Bank Of Baku

Sergey Kuznetsov: “Venesiya Komissiyası Azərbaycana etdiyi tövsiyələrin qəbuluna ümid edir”

Sergey Kuznetsov: “Venesiya Komissiyası Azərbaycana etdiyi tövsiyələrin qəbuluna ümid edir”
# 21 avqust 2008 08:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Venesiya Komissiyası Azərbaycana etdiyi tövsiyələrin qəbuluna ümid edir”. Bu açıqlamanı APA-ya Bakıda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının seçkilər və referendumlar üzrə əməkdaşı Sergey Kuznetsov verib. VK təmsilçisi bildirib ki, bu tövsiyələr qurumun iyunda keçirilmiş plenar sessiyasında qəbul edilib və yaxın günlərdə Azərbaycan dilində “online” variantında yerləşdiriləcək. Şikayətlərə baxılması qaydalarına dair treninqin əhəmiyyətindən danışan ekspert hesab edir ki, bu təlim ərizə və şikayətlərlə məşğul olan insanlara daha dəqiq olmağa və bu sahədə olan ümumi standartları nəzərə almağa imkan verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR