Bank Of Baku

Böyük Quruluş Partiyasının Siyasi Qurulu Fazil Qəzənfəroğlunun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib

Böyük Quruluş Partiyasının Siyasi Qurulu Fazil Qəzənfəroğlunun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib
# 21 avqust 2008 12:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu prezidentliyə namizədliyini verəcək. BQP başqanı Fazil Qəzənfəroğlu APA-ya bildirib ki, bu barədə qərar partiyanın Siyasi Qurulunun bu gün keçirilmiş toplantısında verilib.

Onun sözlərinə görə, prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı müvafiq sənədlər bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediləcək: “Bu, partiyanın mövqeyində dəyişiklik edilməsi deyil. Sadəcə, təşkilatın qərargahı və MSK-da təmsilçiliyi olmadığından seçkidə iştirakımızda qeyri-bərabər şərait mövcud idi. Partiyanın Siyasi Qurulunun qərarı da var idi ki, bu problemlər həllini tapmayana qədər seçkidə iştirak etməyəcəyik. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən partiyanın qərargahla təmin olunması ilə əlaqədar qərar bir neçə gün öncə bizə çatdırıldı. Artıq qərargah problemi həll olunub. MSK-da da təmsilçiliklə bağlı məlumat verildi ki, bu məsələ Milli Məclisin payız sessiyasında gündəliyə çıxarılacaq. Bu iki əsas problem aradan qaldırıldıqdan sonra seçkidə iştirak etmək haqda qərar verdik”.

O, partiya üçün ayrılmış qərargah barədə məlumat verməkdən isə imtina edib: “Yerlə dünən tanış olmuşam. Təmirdən və həmin yerə köçdükdən sonra mətbuata məlumat veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR