Bank Of Baku

Əbülfəz Elçibəyin ölümündən 8 il ötür

Əbülfəz Elçibəyin ölümündən 8 il ötür
# 22 avqust 2008 08:34 (UTC +04:00)
Bakı. Eılbrus Seyfullayev - APA. Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Əlçibəyin ölümündən səkkiz il ötür. APA-nın məlumatına görə, Ə. Elçibəy 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib və nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib. Ötən il Əbülfəz Elçibəyin qəbirüstü abidəsi götürülüb və məzarının üstündə heykəli ucaldılıb.

Qeyd edək ki, Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub. 1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə qayıdıb. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR