Bank Of Baku

Əbülfəz Elçibəyin vəfatının 8-ci ildönümü ilə əlaqədar onun Fəxri Xiyabandakı məzarı ziyarət edilib

Əbülfəz Elçibəyin vəfatının 8-ci ildönümü ilə əlaqədar onun Fəxri Xiyabandakı məzarı ziyarət edilib
# 22 avqust 2008 10:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Əbülfəz Elçibəyin vəfatının 8-ci ildönümü ilə əlaqədar Azərbaycanın bir sıra siyasi partiya və ictimai təşkilatları mərhum prezidentin Fəxri Xiyabandakı məzarını ziyarət edib. APA-nın məlumatına görə, tədbirə KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, BAXCP sədri Qüdrət Həsənquliyev, DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya, Azadlıq blokunun üzvləri və Ə. Elçibəyin ailə üzvləri qatılıblar.

Ə. Elçibəyin məzarı üzərində keçirilən mərasimdə çıxış edənlər onun həyat yolu və fəaliyyəti barədə danışıblar. Natiqlər Ə. Elçibəy ideyalarının Azərbaycanın bütövlüyünə və dövlətçiliyinə xidmət etdiyini bildiriblər.

Qeyd edək ki, Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 1938-ci il iyun 24-də Ordubad rayonunun Kələki kəndində doğulub. 1988-ci ildə Azərbaycanda xalq hərəkatının liderlərindən olan Ə. Elçibəy 2000-ci il avqustun 22-də vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR