Bank Of Baku

AXCP müxalifət partiyaları ilə birlikdə kütləvi aksiyalar keçirəcək

AXCP müxalifət partiyaları ilə birlikdə kütləvi aksiyalar keçirəcək
# 22 avqust 2008 11:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müxalifətdə təmsil olunan partiyalarla birgə kütləvi aksiyalar keçirmək barədə düşünürük”. APA-nın məlumatına görə, bunu AXCP sədri Əli Kərimli deyib. O bildirib ki, Azadlıq blokunun prezident seçkisini boykot etmək haqda qərarı müşahidə xarakterli olmayacaq. Blokun seçki prosesi zamanı fəaliyyətində əsas xətt kütləvi aksiyalar keçirməyə yönələcək: “Seçki kampaniyası başlayandan sonra aksiyaların vaxtı barədə məlumat veriləcək. Ümid edirik ki, kütləvi aksiyalar müxalifət daxilində yaradılması nəzərdə tutulan yeni mərkəzə daxil olacaq partiyalarla birgə keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR