Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Bakı-Rusiya sərhədi yolunun yenidən qurulan 16-34-cü kilometrinin açılış mərasimində iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Bakı-Rusiya sərhədi yolunun yenidən qurulan 16-34-cü kilometrinin açılış mərasimində iştirak edib
# 22 avqust 2008 12:00 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakı-Quba-Rusiya sərhədi yolunun yenidən qurulan 16-34-cü kilometrinin açılış mərasimi keçirilib. Tikinti işlərini aparan “Akkord” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, təntənəli açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov ölkə başçısına görülən işlər barədə məlumat verdikdən sonra dövlət başçısı rəmzi qırmızı lenti kəsib. Daha sonra prezident İlham Əliyev görülən işlərlə tanış olmaq üçün tikintinin davam etdiyi ərazidə olub. Qeyd edək ki, Bakı-Quba-Rusiya sərhədi yolunun yenidən qurulmasına may ayından başlanıb. Nəqliyyat Nazirliyinin “Azəryolservis“ Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə aparılan yenidənqurma işlərini “Akkord” Şirkətlər Qrupu aparır. Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşan bu layihədə “Akkord”un həyata keçirəcəyi əsas iş Bakı-Rostov avtomobil yolunun 16-134 kilometrinin beton örtük tikməklə yenidən qurulmasından ibarətdir. Bu məqsədlə şirkətin 7000 işçi qüvvəsi və 3000-ə yaxın yol tikintisi üçün lazım olan xüsusi texnikası səfərbər edilib. Artıq 120 kilometrlik ərazi boyu torpaq-bərkitmə işlərinin xeyli hissəsi yerinə yetirilib. Torpaq-bərkitmə işləri ilə paralel olaraq ərazidən keçən kommunikasiya xətləri dəyişdirilir, suötürücü qurğular, körpü və keçidlər tikilir. Hazırda yolun iki istiqamət üzrə 100 km-dən artıq hissəsinə beton döşənib, o cümlədən Bakı-Sumqayıt yolunun beton döşəmə işi başa çatdırılıb. Hazırda Bakı-Sumqayıt yolunda son tamamlama işləri aparılır. Yolda işıqlandırma dirəkləri quraşdırılıb, istinad divarları çəkilib. Bakı-Rusiya sərhədi ilə dövlət sərhədi avtomobil yolu üzərindəki həmçinin 21 körpü və yol ötürücüsü, 10 qovşaq, 15 heyvan keçidi, 112 ədəd boru, 4 ədəd beton zavodu, 5 ədəd servis meydanı quraşdırılıb. Avtomobil yoluna döşənən beton örtüyünün ümumi qalınlığı 28 sm-dir. Beton örtüyünün qalın olmasının səbəbi həmin ərazidə yük maşınlarının çoxluq təşkil etməsidir. Yolun çəkilişinə əcnəbi mütəxəssislər də cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR