Bank Of Baku

Ermənilər Azərbaycanın Cəbrayıl rayonu ərazisindəki qoz ağaclarını xaricə satırlar

Ermənilər Azərbaycanın Cəbrayıl rayonu ərazisindəki qoz ağaclarını xaricə satırlar
# 22 avqust 2008 12:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Ermənilər tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun Araz çayı vadisindəki bütün ağaclar yandırılıb, çoxyaşlı iri diametrli qoz ağacları isə material kimi doğranaraq, müxtəlif məqsədlər üçün Ermənistana daşınır və xaricə satılır. Bu barədə “APA-Economics”ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, ermənilər Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətlər , özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələrini dağıdıblar.

Erməni işğalçıları Karxulu kəndindəki yaşıllıqları da tamamilə məhv ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR