Bank Of Baku

Demokratik Seçki Mərkəzinin taleyinə gələn həftə aydınlıq gətiriləcək

Demokratik Seçki Mərkəzinin taleyinə gələn həftə aydınlıq gətiriləcək
# 22 avqust 2008 12:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Demokratik Seçki Mərkəzinin prezident seçkisi zamanı və bundan sonrakı fəaliyyəti ilə bağlı qurumun gələn həftə keçiriləcək yığıncağında müzakirə aparılacaq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib. Onun sözlərinə görə, Demokratik Seçki Mərkəzində (DSM) təmsil olunan partiyaların seçki ilə bağlı mövqeyi və atdığı addım fərqli olsa da, mərkəz öz fəaliyyətini dayandırmayıb: “DSM-də olan partiyaların bir qismi seçkidə iştirak edir və namizədləri var, digərləri seçkidə boykot mövqeyi tutub, bir qismi isə sadəcə seçkidə iştirak etmir. DSM-in qərarı var ki, mərkəzdə təmsil olunan doqquz partiyanın mövqeyi müəyyənləşəndən sonra qurumun fəaliyyəti bir daha müzakirə edilsin. Hələlik həmin müzakirəni apara bilməmişik. Artıq partiyaların mövqeləri bəllidir. Bu baxımdan yaxın günlərdə keçiriləcək DSM-in toplantısında müzakirə aparılacaq”. M. Mirəlioğlu bildirib ki, DSM fəaliyyətini dayandırması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR