Bank Of Baku

Dairə Seçki Komissiyalarının əməkdaşları üçün “Ərizə və şikayətlərə baxılması qaydaları”na dair treninqlər davam etdirilir

Dairə Seçki Komissiyalarının əməkdaşları üçün “Ərizə və şikayətlərə baxılması qaydaları”na dair treninqlər davam etdirilir
# 23 avqust 2008 12:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Avqustun 25-26-da Mərkəzi Seçki Komissiyası (MSK), Avropa Şurasının Venesiya Komissiyası və Seçki Sistemləri üzrə Beynəlxalq Fond ilə birlikdə dairə seçki komissiyalarının ərizə və şikayətlərinə baxılmasına məsul olan əməkdaşları üçün “Ərizə və şikayətlərə baxılması qaydaları”na dair treninqlər keçirəcək. Bu barədə APA-ya MSK_dan bildirilib.
Qeyd edək ki, avqustun 20-22-də keçirilmiş treninqlərdə 65 DSK-nın məsul şəxsləri iştirak ediblər. Avqustun 25-26-da keçiriləcək treninqlərə isə digər 60 DSK-nın (əsasən Bakı, Sumqayıt, Abşeronda yerləşən DSK-ların) əməkdaşları qatılacaqlar. Treninqlərin keçirilməsində məqsəd ərizə və şikayətlərə baxılmasına məsul olan dairə seçki komissiyaları əməkdaşlarının reşə hazırlığı səviyyəsinin yüksəldilməsidir.
Avqustun 27-30-da isə Bakı, Sumqayıt və Abşeronda yerləşən Məntəqə Seçki Komissiyalarının üzvləri üçün treninqlər təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR