Bank Of Baku

Göygöl rayonun 189 illiyi bağlı tədbirlərdə Almaniya vəTürkiyənin səfirləri iştirak ediblər

Göygöl rayonun 189 illiyi bağlı tədbirlərdə Almaniya vəTürkiyənin səfirləri iştirak ediblər
# 24 avqust 2008 08:40 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, qonaqlar öncə İcra Hakimiyyətinin başçısı Arif Seyidovla görüşüb. Daha sonra «Helenendorf – Göygöl 189 il» mövzusunda elmi-tarixi konfrans keçirilib. Konfransda bildirilib ki, XIX əsrin əvvələrində Qafqaza, həmçinin Azərbaycana köç edən almanlar 1819-cu ildə bu yerlərdə Helenendorf qəsəbəsinin əsasını qoyublar. 122 il ərzində almanlar Göygöl şəhərinin inkişafına bir sıra töfələr veriblər. Belə ki, Hummel qardaşları 1882 –ci ildə Gəncədə inşa etdirdiyi «Kankordiya» şərab zavodunun, 1895 –ci ildə Helenendorfda istifadəyə verilən konyak zavodunun, Fohrer qardaşlarının qurduqları şərabçılıq müəsissələrinin məhsulları xarici ölkələrə ixrac olub, beynəlxalq sərgilərdə nümayiş etdirilib. 1912 –ci ildə isə Azərbaycanda ilk dəfə Helendorfda Gəncə çayının üzərində almanlar tərəfindən su qurğusu qurulub. Almaniyanın ölkəmizdəki səfiri Peer Kristover Stankina isə Almaniyanın iş adamlarının indi də Göygöl rayonu ilə yaxından maraqlandığını bildirərək, biznesmenlərin rayona sərmayə qoyacaqlarını bildirib.

Görüşdən sonra qonaqlar Lüteran kilsəsində «UNESCO – dünya mədəni irsi Almaniyada» adlı fotosərgi ilə tanış olublar. Sərgidə Almaniyadakı 32 abidənin foto-sərgisi nümayiş etdirilib. Səfir Peer Kristover Stankina 130 ölkənin 800-ə yaxın abidəsini bu sahəyə saldıqlarını bildirib. Fotosərgi 3 həftə nümayiş olunacaq.

Səfərin sonunda qonaqlar Göygöl Şərab Zavoduna da baş çəkiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR