Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
# 25 avqust 2008 07:24 (UTC +04:00)
Dağlıq Qarabağ – APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumat görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 24-də saat 13.10-dan 13.20-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, saat 14.35-dən 14.52-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17.50-dən 18.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 10.00-dən 10.15-dək və 21.50-dən 22.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, avqustun 25-də saat 02.50-dən 03.05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR