Bank Of Baku

MSK Venesiya Komissiyası və İFES-lə birlikdə treninqləri davam etdirir

MSK Venesiya Komissiyası və İFES-lə birlikdə treninqləri davam etdirir
# 25 avqust 2008 08:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyası (MSK) Avropa Şurasının Venesiya Komissiyası və Seçki Sistemləri üzrə Beynəlxalq Fond (İFES) birgə Dairə Seçki Komissiyalarının (DSK) katibliklərinin ərizə və şikayətlərə baxılmasına məsul olan əməkdaşları üçün “Ərizə və şikayətlərə baxılması qaydaları” mövzusunda treninqi davam etdirib. APA-nın məlumatına görə, bu gün öz işinə başlayan treninqin növbəti mərhələsində 60 DSK-nın təmsilçiləri iştirak edib. Tədbirdə DSK-ların əməkdaşları şikayətlərlə bağlı müraciətlər prosesi ilə tanış olublar. MSK katibi Natiq Məmmədov mövzu ətrafında məruzə ilə çıxış edib, Avropa Şurasının “şikayətlər və müraciətlər” üzrə mütəxəssisi Quen Masters, İFES-in “şikayətlər və müraciətlər” layihəsinin hüquq məsələlər üzrə mütəxəssisi Conatan Bernşteyn müraciətlərə baxılması qaydasının Avropa təcrübəsi ilə bağlı məlumat veriblər. Treninqdə həmçinin, MSK sədri Məzahir Pənahov, Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov iştirak edib. Treninq öz işini sabah yekunlaşdıracaq. Qeyd edək ki, ötən həftə 65 DSK əməkdaşı üçün analoji treninq keçirilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR