Bank Of Baku

Müasir Müsavat Partiyasında ümumrespublika müşavirəsi keçirilib

Müasir Müsavat Partiyasında ümumrespublika müşavirəsi keçirilib
# 19 fevral 2009 15:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Müasir Müsavat Partiyasının (MMP) ümumrespublika müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma hazırlıq və partiyanın nəzərdə tutduğu aksiyalar müzakirə edilib. Partiyanın sədri Hafiz Hacıyev referendumun lehinə imzatoplama kampaniyasının uğurla yekunlaşdığını deyib. Müşavirədə ölkədə qarışıqlıq salmaq istəyən hər hansı qüvvəyə qarşı mübarizə aparılması qərara alınıb. Əgər həmin qüvvələr icazəsiz və yaxud təyin edilməmiş yerlərdə aksiya keçirsələr, MMP də həmin məkanda aksiya təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR