Bank Of Baku

Azərbaycan prezidenti Laçın şəhərinin 85 illik yubileyi münasibətilə bir sıra şəxsi təltif edib

Azərbaycan prezidenti Laçın şəhərinin 85 illik yubileyi münasibətilə bir sıra şəxsi təltif edib
# 19 fevral 2009 15:27 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Laçın şəhərinin 85 illik yubileyi münasibətilə bir sıra şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir qrup şəxs “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, bir qrup şəxs isə “Tərəqqi” medalı ilə təltif olunub.

Prezident Laçın şəhərinin 85 illik yubileyi münasibətilə bir qrup şəxsə fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb. Roza Cəbrayılovaya “Azərbaycan Respublikasının əməkdar müəllimi”, Şakir İsayev və Əvəz Zeynalova “Azərbaycan Respublikasının əməkdar həkimi”, Elmira Abbasova və Solmaz Məhərrəmova “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi”, Ağaxan Nəzərova isə “Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR