Bank Of Baku

“Hərbi qulluqçuların intizam həbsi haqqında” qanun layihəsi Milli Məclisə tövsiyə olunub

“Hərbi qulluqçuların intizam həbsi haqqında” qanun layihəsi Milli Məclisə tövsiyə olunub
# 19 fevral 2009 16:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Milli Məclis sədrinin birinci müavini, komissiyanın sədri Ziyafət Əsgərov “Hərbi qulluqçuların intizam həbsi haqqında” qanun layihəsi barədə məlumat verib. O, beş fəsil, 31 maddədən ibarət sənədin sahə mütəxəssislərinin iştirakı ilə hazırlandığını, əlaqədar nazirlik və qurumların qanun layihəsinə müsbət rəy verdiyini deyib: “Yeni qanun Silahlı Qüvvələrdə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçular barəsində intizam həbsinin tətbiq edilməsinin əsaslarını, qayda və şərtlərini, onun hüquqi nəticələrini və bu intizam tədbirinin tətbiqi ilə əlaqədar digər məsələləri müəyyənləşdirir”.

Müzakirələrdə qanun layihəsini yüksək dəyərləndirən deputatlar sənəddəki bir sıra müddəalara dair irad və təkliflərini nəzərə çatdırıblar. İntizam həbsinin müddəti, tətbiqi qaydaları və hüquqi nəticələri, intizam xətası anlayışının əhatə dairəsi, həmçinin törətdiyi intizam xətasına görə hərbi qulluqçunun məsuliyyətini yüngülləşdirən hallar və digər məsələlərə münasibət bildirilib. Qeyd olunub ki, intizam həbsinin qadın hərbi qulluqçulara şamil edilməməsi qanunun humanistliyindən irəli gəlir.

İclasın yekununda qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR