Bank Of Baku

Azərbaycan prezidenti “Azəryolservis” ASC-nin işçilərinin təltif olunmaları barədə sərəncamlar imzalayıb

Azərbaycan prezidenti “Azəryolservis” ASC-nin işçilərinin təltif olunmaları barədə sərəncamlar imzalayıb
# 20 fevral 2009 16:30 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) işçilərinin müxtəlif orden və medallarla, fəxri adlarla təltif olunmaları barədə sərəncamlar imzalayıb. APA xəbər verir ki, ölkənin nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə “Azəryolservis”in bir qrup əməkdaşı “Şöhrət” ordeni və “Tərəqqi” medalları ilə təltif olunublar. Qurumun üç əməkdaşına isə “əməkdar mühəndis” fəxri adı verilib.
Ölkə başçısının digər sərəncamı ilə Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə Bilalov Şaiq İsmayıl oğluna Prezidentin fərdi təqaüdü veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR