Bank Of Baku

“Yeni Azərbaycan” Təşviqat Qrupu “Güclü dövlət naminə” kampaniyasına başlayıb

“Yeni Azərbaycan” Təşviqat Qrupu “Güclü dövlət naminə” kampaniyasına başlayıb
# 21 fevral 2009 08:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Yeni Azərbaycan” referendum üzrə Təşviqat Qrupu martın 18-də keçiriləcək referendumla bağlı “Güclü dövlət naminə” təşviqat kampaniyasına başlayıb. Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, kampaniya çərçivəsində “Güclü dövlət naminə” devizi altında ölkənin bütün şəhər və rayonlarında, seçicilərlə görüşlər keçirəcək. Təşviqat Qrupu Azərbaycanın hər bir bölgəsində Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri seçicilərə izah etmək niyyətindədir. Təbliğat-təşviqat kampaniyasının geridə qalan 3 günündə Təşviqat Qrupu Bakının bir sıra rayonlarında, Abşeron rayonunda, Sumqayıt şəhərində yaşayan məcburi köçkünlərlə görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR