Bank Of Baku

BAXCP: ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyası iflasa uğrayıb

BAXCP: ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyası iflasa uğrayıb
# 23 fevral 2009 12:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ATƏT-in Minsk Qrupunun öz vasitəçilik missiyasını davam etdirməsini mümkünsüz sayır. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, BAXCP İdarə Heyətinin iclasında həmsədrlərin Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin sorğusu ilə bağlı verdikləri bəyanat müzakirə edilib. Partiya rəhbərliyi bu qənaətə gəlib ki, bəyanatda Azərbaycanın suveren hüquqlarına və beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirilib: “Həmsədrlərin bəyanatında yer alan, Azərbaycanın müstəsna suveren hüquqlarına və münaqişəni beynəlxalq hüququn prinsipləri əsasında həll etmək niyyətinə qarşı yönəlmiş təhdid xarakterli ifadələr sübuta yetirir ki, ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyası iflasa uğrayıb və təcavüzkar ölkənin maraqlarının müdafiəsinə xidmət edir. BAXCP Azərbaycan hökumətini Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina etməyə, münaqişənin BMT müstəvisində həlli üçün cəhdlərini davam etdirməyə çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR