“Xocalı soyqırımı haqqında” qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub - MÜSAHİBƏ
- Bu vaxta qədər Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması və təbliği ilə bağlı müxtəlif təşəbbüslər, təkliflər olub. Amma mən düşündüm ki, artıq bu məsələni mənəvi kateqoriyadan və müzakirə predmetinə çevirməkdən çıxararaq hüquqi çərçivədə tənzimləmək lazımdır. Bu səbəblə də “Xocalı soyqırımı haqqında Azərbaycan Respublikasının qanunu”nu hazırladım. Bir neçə ay öncə bu sənədi hazırlayaraq Milli Məclis Aparatına təqdim etmişəm. Çox ümidvaram ki, bu sənəd qəbul olunacaq.
- Hazırladığınız qanun layihəsində nələr nəzərdə tutulur?
- Qanunun preambula hissəsində faciənin tarixi və beynəlxalq qanunların soyqırımı qadağan edən müddəaları öz əksini tapıb. Heç şübhəsiz ki, biz bu faciəyə siyasi qiymət verməliyik və soyqırıma məruz qalmış şəxslərin statusunu müəyyənləşdirməliyik. Layihədə faciənin Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən törədilmiş soyqırım aktı elan olunması, qətlə yetirilmiş insanların “soyqırım qurbanları” kimi qəbul olunması, Xocalının maddi və mənəvi sərvətlərinin dağıdıldığı nəzərə alınaraq şəhərə “Soyqırıma məruz qalmış şəhər” statusu verilməsi təklif edilir. Bu məsələ dövlət siyasətində də nəzərə alınmalı, digər ərazilər işğaldan azad olunduqdan sonra bu şəhərin daimi statusunun saxlanılması və ona qarşı fərqli bir dövlət siyasəti yürüdülməsi önəmli məsələlərdən olmalıdır. Soyqırım qurbanlarının sosial və mənəvi reabilitasiyasının təmin edilməsi məqsədilə xüsusi müavinətlər, bir sıra hüquqi güzəştlər müəyyənləşdirilməlidir. Xocalı sakinlərinə dəymiş maddi və mənəvi ziyanın miqdarı müəyyənləşdirilərək Ermənistana qarşı beynəlxalq məhkəmədə iddia qaldırmaq mümkündür.
- Layihədə faciənin beynəlxalq aləmdə tanıdılması üçün müddəalar nəzərdə tutulubmu?
- Bəli. Sənəddə Xocalı faciəsinin anım mərasimlərinin keçirilməsi, beynəlxalq səviyyədə tanıdılması ilə bağlı dövlət qurumlarının vəzifələri öz əksini tapıb. Layihədə hər il 26 fevralın soyqırım günü kimi qeyd olunması və saat 17-də sükut dəqiqəsi elan edilməsi də var. Hər il keçirilən bu tədbirləri qanunun predmetinə çevirmək çox vacibdir. Təhsil müəssisələrində fevralın 26-da Xocalı mövzusunun ilk dərs saatı olması da nəzərdə tutulur.
- Bu qanunun qəbul olunacağı halda orada nəzərdə tutulanların hamı tərəfindən eyni şəkildə qarşılanacağını gözləyirsinizmi?
- Məhz bunun təmin olunması üçün layihədə faciənin inkarı ilə bağlı müddəa da öz əksini tapıb. Xocalı soyqırımının inkarına yönələn hər bir hərəkət və hərəkətsizlik, onun dolayı vasitələrlə şübhə altına alınması soyqırım qurbanlarının ruhuna hörmətsizlikdir. Layihədə göstərilir ki, faciənin inkarı Azərbaycan xalqının şərəf və ləyaqətinə təhqir hesab olunur və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılır. Həmçinin layihədə göstərmişəm ki, soyqırım günü ictimai iaşə obyektlərində spirtli içkilərin istifadəsi, əyləncə və şənlik tədbirlərinin, konsertlərin keçirilməsi qadağandır. Layihədə soyqrımı törədənlərin cəzalandırılması ilə bağlı maddələr də var. Hər il bu məsələ də müzakirə edilir və mən düşünürəm ki, bunun qanun şəkilində dövlət qurumlarının qarşısında qoyulması məsələnin daha düzgün həlli yoludur.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutulub
Altı ayda korrupsiya ilə bağlı 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
APA TV-nin baş direktoru: Dini sabitliyin qorunmasında medianın rolu böyükdür
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb
Tərtərdə minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər ölüb
ƏƏSMN-də Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib
Kiberpolis “TikTok”, “Instagram” və “Telegram”da süni intellektlə qadınları şantaj edən şəxsləri saxlayıb - VİDEO
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakıda prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Hindistanda dini festival zamanı izdihamda iki nəfər ölüb, 100-ə yaxın şəxs xəsarət alıb
Bakıda bu il cinayət işləri üzrə 6,4 milyon manatlıq ziyan ödətdirilib
Ukrayna Krımda Rusiyanın Su-24M bombardmançısını məhv edib
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
Bakıda açıq ərazidə yanğın başlayıb
Kəlbəcərdə 5 gün əvvəl çayda batan azyaşlının meyiti tapılıb - YENİLƏNİB-1
“Reuters”: İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb
Azərbaycan-Fələstin münasibətləri: Prezidentin siyasəti İslam həmrəyliyinin praktik modelidir - RƏY
Bakının normallaşma addımları fonunda Rusiyada Azərbaycan əleyhinə yeni informasiya kampaniyası: Məqsəd nədir? - TƏHLİL
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilir
İran Küveytə dron hücumu edib
Quba sakinini cərəyan vuraraq öldürüb
Avqustun 1-dək Bakı–Balakən istiqamətində qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin "Eternity-2026" təlimi keçiriləcək
DOST Agentliyinin Müşahidə Şurasının iclası olub
Qubada iynədən şoka düşən hamilə əməliyyatdan sonra ölüb, araşdırma aparılır - YENİLƏNİB-1
m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - sürətli, birbaşa, komissiyasız
Naxçıvanda əhalinin sayı açıqlanıb
“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Kreml hazırda Ukrayna ilə danışıqlar prosesinin bərpası perspektivini görmür
Fedorov Sırskini sərt tənqid edib: Bu yanaşma ilə qələbə qazanmaq mümkün olmayacaq
Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub
Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarının dəniz komponentinə rəhbərlik edəcək
Dövlət Agentliyi Azərbaycan dənizçilərini müharibə zonalarından uzaq durmağa çağırıb
Ukraynanın yeni Baş naziri təyin edilib
“Azərpoçt” ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir
Zelenski: Sentyabrın 23-dək səfərbərlik problemi həll olunmalıdır
“AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb