Bank Of Baku

Türkiyədə Xocalı soyqırımı haqqında sənədli film çəkilir

Türkiyədə Xocalı soyqırımı haqqında sənədli film çəkilir
# 23 fevral 2009 14:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyədə Azərbaycan həqiqətləri və Xocalı soyqırımı haqqında sənədli film çəkilir. APA-nın məlumatına görə, Türkiyənin Qazi Universitetinin beynəlxalq münasibətlər fakültəsinin aspirantı, soydaşımız Elnur Paşanın müəllifi olduğu film “ATA” TV-nin texniki dəstəyi ilə reallaşdırılır. Filmdə təkcə Xocalı soyqırımı deyil, ümumilikdə ermənilərin tarix boyu azərbaycanlıların başına gətirdiyi faciələrdən, Qarabağ münaqişəsinin başlanmasından və erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyətindən də bəhs olunur. Sənədli filmdə Türkiyənin tanınmış tarixçiləri və ekspertləri - “Türksam” Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oqan, Türk Tarix Qurumunun keçmiş sədri Yusuf Halaçoğlu, erməni məsələsi üzrə araşdırmaçı Necla Günay və digərlərinin fikirləri yer alıb. Xocalı soyqrımının 17-ci ildönümü ərəfəsində çəkilişləri tamamlanacaq sənədli filmin Türkiyənin bir neçə nüfuzlu televiziyasında yayımlanması ilə bağlı razılıq əldə olunub. Bundan əlavə, filmin SD formatında Türkiyədə və Avropa ölkələrində yayılması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR