Bank Of Baku

Azərbaycan Milli Məclisində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Azərbaycan Milli Məclisində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
# 24 fevral 2009 09:19 (UTC +04:00)
APA-nın xəbərinə görə, spiker Oqtay Əsədovun təklifi ilə Milli Məclis üzvləri Xocalı soyqırımı zamanı həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. O. Əsədov deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Azərbaycanın Xocalı şəhərində soyqırımı törədiblər. Xocalı soyqırımının bəşəriyyətin ən ağır cinayətlərindən biri olduğunu bildirən spiker deyib ki, faciənin 17-ci ildönümü ilə bağlı dünyanın bir sıra ölkəsində anım tədbirləri keçirilir.

O. Əsədov anım tədbirlərinə Milli Məclis üzvlərinin də qatıldığını söyləyib.

Bunun ardınca MM-də gündəliyin müzakirəsi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR