Bank Of Baku

Azərbaycan prezidenti “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb

Azərbaycan prezidenti “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb
# 24 fevral 2009 14:23 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fərmanda bildirilir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə nəzarət sisteminin təkmilləşdirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Milli Bankı yanında Maliyyə Monitorinqi Xidməti yaradılsın.

Azərbaycan Milli Bankı bir ay müddətində Azərbaycan Milli Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin Əsasnaməsinin layihəsini hazırlayıb Prezidentə təqdim edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə tapşırılır ki, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin, qanuna uyğun olaraq, maliyyə monitorinqi orqanına təqdim edilən məlumatların tərtib olunma formasını müəyyən etsin və bu barədə prezidentə məlumat versin, qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb prezidentə təqdim etsin, səlahiyyətləri daxilində qanundan irəli gələn digər məsələləri həll etsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR