Bank Of Baku

YAP funksioneri ABŞ-ın Azərbaycandakı səfirliyində təşkil olunmuş dəyirmi masaya qatılmayıb

YAP funksioneri ABŞ-ın Azərbaycandakı səfirliyində təşkil olunmuş dəyirmi masaya qatılmayıb
# 24 fevral 2009 14:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyində “Azərbaycanda siyasi vəziyyət və qarşıdan gələn referendum” mövzusunda dəyirmi masa keçirilib. Mətbuat üçün qapalı olan tədbirdə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Mustafayev, Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus iştirak ediblər. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, 2 saat davam edən görüşdə, əsasən, ölkədəki ictimai-siyasi durum, demokratiyanın vəziyyəti, bu sahədə olan problemlər və bu problemlərin aradan qaldırılması məsələləri müzakirə edilib. Müzakirələrdə martın 18-də keçiriləcək referenduma xüsusi diqqət yetirilib. Müxalifət təmsilçiləri referendum kampaniyası dövründə sərbəst toplaşmaq hüququnun təmin edilməsi, təşviqat kampaniyasında bərabər imkanlar yaradılması şərtlərinə əməl olunması və digər məsələlərlə bağlı fikirlərini səsləndiriblər: “Səfir isə ümumi fikirlər səsləndirdi. Həmişə olduğu kimi, qeyd olundu ki, demokratiya hər hansı ölkənin daxili işi deyil, bu dəyər bütün dünyaya yayılmalıdır. Eyni zamanda ABŞ-ın Azərbaycanda demokratiyanın inkişafında maraqlı olması mövqeyi bir daha təkrarlandı”.

ADP sədri Sərdar Cəlaloğlu isə APA-ya bildirib ki, dəvət göndərilməsinə baxmayaraq, hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi toplantıya qatılmayıb.

YAP icra katibinin müavini M. Qurbanlı APA-ya deyib ki, bu gün Milli Məclisin iclası olduğuna görə dəyirmi masaya qatıla bilməyib: “Bəyəm Amerikada konqresmen dəyirmi masa keçiriləndə Konqresdən çıxıb gedir? Məclisin iclası olduğuna görə əvvəlcədən xəbərdarlıq etmişdim ki, tədbirdə iştirak edə bilməyəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR