Bank Of Baku

Əli Hüseynov: “Milli Məclisin Xocalı soyqırımı ilə bağlı siyasi qərarı var, buna görə də xüsusi qanunun qəbuluna ehtiyac yoxdur”

Əli Hüseynov: “Milli Məclisin Xocalı soyqırımı ilə bağlı siyasi qərarı var, buna görə də xüsusi qanunun qəbuluna ehtiyac yoxdur”
# 25 fevral 2009 08:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Xocalı soyqırımı haqqında qanunun qəbuluna ehtiyac yoxdur. Milli Məclisin Xocalı soyqırımı ilə bağlı siyasi qərarı var”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov bildirib. Komissiya sədri Xocalı soyqırımının 15-ci ildönümü ərəfəsində məsələnin Milli Məclisdə müzakirə edildiyini və siyasi qərarın verildiyini deyib. Onun sözlərin görə, parlament tərəfindən soyqırıma siyasi qiymət verildiyi halda, ayrıca qanunun qəbul edilməsinin vacibliyi haqda səslənən fikirlər düzgün deyil: “Kimsə Xocalı soyqırımı haqqında qanun layihəsi hazırlaya bilər. Lakin bu qanun layihəsinin müzakirəyə çıxarılacağı haqqında verilən informasiyalar həqiqəti əks etdirmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR