Bank Of Baku

Azərbaycanın Dəvəçi rayonunun adı dəyişdiriləcək

Azərbaycanın Dəvəçi rayonunun adı dəyişdiriləcək
# 25 fevral 2009 09:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün Milli Məclisin Regional Məsələlər Daimi Komissiyasının iclasında bununla bağlı məsələ müzakirə edilib. Komissiya sədri Arif Rəhimzadə deyib ki, parlamentə Dəvəçi rayonunun adının dəyişdirilərək Şabran adlandırılması ilə bağlı qanun layihəsi daxil olub. Komissiya sədri Şabranın tarixi şəhər olduğunu, 5-ci əsrdə Sasani hökmdarlığı tərəfindən yaradıldığını, sovet hakimiyyəti dövründə isə həmin ərazidə yaradılan rayonun Dəvəçi adlandırıldığını qeyd edib. A. Rəhimzadə Dəvəçi adının da saxlanacağını, bundan sonra həmin adın rayonun 20 kilometrliyində yerləşən Yenikənd yaşayış məntəqəsinə veriləcəyini deyib.
Layihə parlamentin iclasında müzakirə edilmək üçün tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR