Bank Of Baku

Türkiyəli rejissor Korhan Yurdsevər “Xocalı qətliamı. Bu, son olsun” adlı qısametrajlı film çəkib

Türkiyəli rejissor Korhan Yurdsevər “Xocalı qətliamı. Bu, son olsun” adlı qısametrajlı film çəkib
# 25 fevral 2009 11:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Türkiyənin tanınmış rejissoru Korhan Yurdsevərin Xocalı faciəsi ilə bağlı çəkdiyi “Xocalı qətliamı. Bu, son olsun!” adlı qısametrajlı filmin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) dəstəyi ilə çəkilən 13 dəqiqəlik qısametrajlı film Türkiyə türkcəsindədir və Azərbaycan türkcəsinə, həmçinin ingilis və rus dillərinə tərcümə olunub. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) baş katibi Rəşad Rəsullu bildirib ki, film bu gün və sabah ABŞ, Rusiya və Türkiyədə Xocalı ilə bağlı keçiriləcək tədbirlərdə nümayiş etdiriləcək. Filmlə bağlı hazırlanmış afişalar müxtəlif şəhərlərdə keçiriləcək nümayişlərdə və mitinqlərdə istifadə ediləcək. “Xocalı qətliamı. Bu, son olsun!” filmi ilə əlaqədar hazırlanmış xüsusi açıqcalar ABŞ hökumət nümayəndələrinə, Senat və Konqres üzvlərinə göndəriləcək. Film həmçinin Ümumrusiya Azərbaycanlıları Konqresinin vasitəsilə Rusiyanın Moskva və digər şəhərlərində keçiriləcək tədbirlərdə nümayiş etdiriləcək.

K. Yurdsevər Xocalı faciəsi ilə bağlı film çəkməyin insanlıq borcu olduğunu bildirib: “Xocalıda ermənilərin səkkiz aylıq hamilə qadının qarnını yarıb, uşağını çıxardıqlarını və uşağın başını anasının gözü qarşısında kəsdiklərini eşidəndə bu hadisəni bir insanın törədə biləcəyinə şübhə etdim. Bu filmi çəkmək mənim borcum idi. Əgər bu filmi çəkmədən dünyadan gedərdimsə, gözlərim açıq qalardı”. K. Yurdsevər Xocalı ilə bağlı tammetrajlı film də çəkiləcəyini, artıq ssenarinin hazırlanmasına başlandığını söyləyib.

Qeyd edək ki, filmdə rolları türkiyəli aktyorlar ifa ediblər. ATAF çəkilişə texniki dəstək verib. K. Yurdsevər və aktyorlar filmə görə qonorar almaqdan imtina ediblər. Qısametrajlı filmin Azərbaycan, Türkiyə və ABŞ telekanallarında nümayişi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR