Bank Of Baku

Korhan Yurdsevər: “Xocalı filmindən sonra Türkiyədə bir çox insan papağını masanın üzərinə qoyub, daha dərindən fikirləşəcək”

Korhan Yurdsevər: “Xocalı filmindən sonra Türkiyədə bir çox insan papağını masanın üzərinə qoyub, daha dərindən fikirləşəcək”
# 25 fevral 2009 11:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bu filmdən sonra Türkiyədə çox insanlar papaqlarını masanın üzərinə qoyub, daha dərindən fikirləşəcəklər”. APA-nın məlumatına görə, bu sözləri “Xocalı qətliamı. Bu, son olsun!” adlı qısametrajlı film çəkən türkiyəli rejissor Korhan Yurdsevər Türkiyənin Ermənistanla sərhədləri açacağı və Azərbaycan torpaqlarının işğalına son qoyulması şərtindən vaz keçdiyinə dair suala cavabında deyib. K. Yurdsevər bildirib ki, Türkiyədə imperialist güclərin təsiri ilə bir sıra yanlış addımlar atılıb: “Məncə Türkiyə prezidentinin İrəvana getməsi gərəkli deyildi. Bu filmin Türkiyə televiziyalarında nümayişindən sonra Türkiyədə bir çox şəxslərin daha diqqətli olacağına inanıram. Türkiyədə “ermənilərdən üzr istəyək” deyən bir sıra insanlar var ki, mən onlara “beyin fahişələri” deyirəm. Xocalı ilə bağlı film artıq həmin insanları narahat etməkdədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR