Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkatın növbəti toplantısı keçirilib

Qarabağ və Respublika Uğrunda Hərəkatın növbəti toplantısı keçirilib
# 25 fevral 2009 13:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Qarabağ və Respublika Uğrunda Hərəkatın növbəti toplantısı keçirilib. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda referendumla bağlı təbliğat-təşviqat kampaniyasının gedişi, görülən işlər müzakirə edilib. Kampaniya dövründə təşviqat qruplarının təyin etdiyi yerlərdə kütləvi aksiyaların keçirilməsinə icazə verilməməsi pislənilib, seçicilərlə görüşlər üçün ayrılmış qapalı yerlərin uğursuz olduğu bildirilib. İclasda kütləvi aksiyalarla bağlı müraciətlərə mənfi cavabların verilməsi barədə beynəlxalq təşkilatlara məlumat verilməsi, Mərkəzi Seçki Komissiyasında məsələ qaldırılması, və məhkəmələrə müraciət edilməsi vacib sayılıb. Ölkənin bir sıra iri şəhərlərində seçicilərlə görüşlərin keçirilməsinin təşkili təşviqat qruplarının işçi qrupuna həvalə edilib. Həmçinin, ABŞ səfirliyində Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı ötən gün təşkil olunan dəyirmi masa faydalı hesab olunub. İclasda referenduma çıxarılan məsələlərin qeyri-qanuni olması ilə bağlı Avropa Şurasının Venesiya Komissiyasına müraciət edilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR