Bank Of Baku

Zaqatala və Balakəndə Xocalı soyqırımının 17-ci ildönümü münasibətilə anım mərasimi keçirilib

Zaqatala və Balakəndə Xocalı soyqırımının 17-ci ildönümü münasibətilə anım mərasimi keçirilib
# 25 fevral 2009 15:51 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Bu gün Zaqatala və Balakəndə Xocalı soyqırımının 17-ci ildönümü münasibətilə anım mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən məlumat verilib. Tədbirdə rayon icra başçısı Asif Əsgərov, rayonun hüquq mühafizə orqanlarının işçiləri, rayon ziyalıları, rayonda məskunlaşan Xocalı və digər işğal altındakı rayonlardan olan məcburi köçkünlər iştirak ediblər. Tədbirdə ilk öncə rayon icra başçısı A. Əsgərov 1992-ci ilin 26 fevral tarixində erməni işğalçılarının Xocalı sakinlərinin uğradığı soyqırım barədə geniş məruzə ilə çıxış edib. Tədbirin sonunda rayon İcra Hakimiyyəti adından rayonda məskunlaşan 20 Xocalı ailəsinə və digər işğal altındakı rayonlardan olan 47 məcburi köçkün ailəsinə ərzaq və maddi yardım edilib. Rayonun digər idarə, səhiyyə və tədris ocaqlarında da bu mövzuda anım mərasimləri keçirilir. Qeyd edək ki, bu gün Balakən rayonunda da Xocalı faciəsinin 17-ci ildönümü münasibəti ilə əlaqədar anım mərasimi keçirilib. Balakəndə də Xocalıdan olan məcburi köçkün ailələrinə maddi yardım göstərilib. Sabah Zaqatala və Balakən rayonlarının tədris müəssisələrində Xocalı faciəsinin 17-ci il dönümü münasibəti ilə anım mərasimləri davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR