Bank Of Baku

Millət vəkili Dünyamin Xəlilov Moskvada Xocalı soyqırımına həsr olunan tədbirlərdə iştirak edəcək

Millət vəkili Dünyamin Xəlilov Moskvada Xocalı soyqırımına həsr olunan tədbirlərdə iştirak edəcək
# 25 fevral 2009 16:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı Dünyamin Xəlilov fevralın 26-27-də Moskvada Xocalı soyqırımına həsr olunan tədbirlərdə iştirak edəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, XX əsrin ən dəhşətli faciələrindən hesab olunan bu qanlı hadisənin 17-ci ildönümü ilə bağlı tədbirlər Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil olunub. Millət vəkili soyqırım qurbanlarının xatirəsinin anım mərasimlərində çıxış edərək, faciə barədə məlumat verəcək. Toplantıda bu qanlı faciə haqqında həqiqətləri əks etdirən sənədlər, fotoşəkillər nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR