Bank Of Baku

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 17 il ötür - FOTOSESSİYA

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 17 il ötür - <font color=red>FOTOSESSİYA</font>
# 25 fevral 2009 21:15 (UTC +04:00)
APA-nın məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhəri üzərinə hücuma keçib. Mühasirəyə alınan şəhərdə qalmış 2500 Xocalı sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət etməyə başlayıb. Lakin pusquda dayanaraq dinc sakinləri gözləyən ermənilər onları güllə-barana tutublar. Əsrin faciəsi olan soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir, 150 nəfər itkin düşüb.

1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə dövlətin və əhalinin əmlakına 5 mlrd. rubl dəyərində ziyan vurulub.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azəraycan diaspora təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR