Bank Of Baku

Hacıkənd qəsəbəsində Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Hacıkənd qəsəbəsində Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
# 26 fevral 2009 07:36 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar Gəncənin Hacıkənd qəsəbəsində anım mərasimi keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, anım mərasimində qəsəbə sakinləri ilə yanaşı Xocalı rayon icra nümayəndəsi, Gəncə şəhər İcra Hakimiyyətini başçısı Eldar Əzizov, Kəpəz rayon icra hakimiyyətinin başçısı Çingiz Muxtarov və bir sıra rəhbər işçilər iştirak ediblər. Tədbirdə Gəncə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Xocalı şəhidlərinə ehsan süfrəsi açılıb. Mərasimdə çıxış edən natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin başına gətirilən müsibətlərdən söhbət açıblar. Xocalı rayon Kosalar kənd icra nümayəndəsi Kərəm Ələsgərov bildirib ki, doğma yurdundan didərgin düşən və Azərbaycanın 50 rayonuna səpələnən Xocalı sakinlərinin bir qismi 1992-ci ildən bu qəsəbəsində məskunlaşıb. Hazırda Hacıkənddə Xocalı rayonundan olan 281 ailə yaşayır. Onlar əsasən Xocalının Kosalar, Meşəli və Cəmilli kəndlərinin sakinləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR